“Toyota Prado”aşdı: 3 yaralı – Foto

media-hightechnic-468x90

qeza_1237575Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“90 CC 120” dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600