!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp əmr verdi - ABŞ qoşunları Suriyadan çıxarılır

!Reklam – Yazi

ABŞ Suriyadan təxminən minə yaxın hərbi qulluqçusunu çıxaracaq.

Yenicag.az xəbər verir ki, bunu Pentaqon lideri Mark Esper deyib.

O bildirib: “Biz hücum edən 2 ordu arasında qala bilmərik. Bu dəhşətli vəziyyətdir, biz həmin vəziyyətə düşməməliyik. Son 24 saatda öyrəndik ki, Türkiyə hücumları planlaşdırıldığı kimi qərbə deyil, cənub istiqamətində genişləndirəcək”.

M. Esper deyib ki, Türkiyə əməliyyatını cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir: “Son sutka ərzində bizə məlum oldu ki, Türkiyə hücumları öncə planlaşdırılandan fərqli olaraq genişləndirmək və qərbə doğru irəliləmək niyyətindədir. Belə olan halda ABŞ qüvvələri Suriyada iki düşmən ordu arasında sıxışdırılmış vəziyyətdə qalacaq. Bununla əlaqədar mən dünən axşam Prezident Donald Trampla danışdım. Prezident zamanında qoşunlarımızı Suriyanın şimalından çıxarmaqla bağlı qərar verdi. Söhbət min ABŞ hərbçisindən gedir”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış pınarı” əməliyyatına başlayıb.

www.yenicag.az

1073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv