Tramp Epşteyn sənədlərini yaydığına görə onu işdən çıxardı
ABŞ Prezidenti Donald Tramp ədliyyə naziri – baş prokuror Pem Bondini vəzifəsindən azad edib.
Yenicag.az xəbər veror ki, bu barədə öz mənbələrinə istinadən “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, dövlət başçısı İranla bağlı televiziya müraciətindən bir gün əvvəl Ağ Evdə nazir ilə görüşüb. Çərşənbə günü keçirilən görüşdə prezident Bondiyə yaxınlaşan istefa barədə xəbər verib.
“The New York Times” qəzetinin daha əvvəl verdiyi məlumata əsasən, ABŞ Prezidenti ədliyyə naziri vəzifəsinə hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldini təklif edib. İstefanın əsas səbəbi isə baş prokuror və onun qurumunun pedofiliya ittihamı ilə üzləşmiş maliyyəçi Cefri Epşteyn işi üzrə sənədlərin dərc olunması ilə bağlı fəaliyyəti göstərilir.













