Tramp HƏMAS-ı girovları dərhal azad etməyə çağırdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ı 20 israilli girovu dərhal azad etməyə çağırıb.

Yenıcag.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“HƏMAS-a deyin ki, 20 girovun hamısını (2 yox, 5 yox, 7 yox!) dərhal geri qaytarsın və vəziyyət qısa zamanda dəyişəcək. Bu bitəcək!”, – Tramp yazıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlar zamanı irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, sektordakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə İsrail və ABŞ-nin məsuliyyət daşıdığını bəyan ediblər.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa