Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp koronavirus vaksinini yaradacaq şirkətin adını açıqladı

ABŞ-ın “Pfizer” şirkəti koronavirus əleyhinə vaksini kliniki sınaqlardan keçirəcək və istifadə edə biləcək ilk kompaniya ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Dövlət başçısı qeyd edib ki, ABŞ hakimiyyətinin 100 milyon doza ala biləcəyi şirkət “Pfizer” ola bilər.

“Mənim administrasiyam vaksinin bəyənilməsindən sonra onun 100 milyon dozasının dərhal istehsalı və çatdırılması ilə bağlı “Pfizer”lə tarixi razılaşmaya nail oldu. Ümid edirəm ki, icazənin alınmasının prosesi çox sürətli olacaq.

Biz düşünürük ki, qalibimiz var və biz həmçinin düşünürük ki, başqa şirkətlər bunun ardınca gedir və onlarda vaksinlərlə bağlı işlər çox yaxşı vəziyyətdədir. Onlar qrafik uyğun olaraq sürətlə irəli gedirlər”, – o deyib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda 4,1 milyondan çox insan koronavirusa yoluxub. ABŞ-da habelə 146 mindən çox insan təhlükəli infeksiyadan ölüb.

Koronavirus infeksiyası ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb./Report/

www.yenicag.az

348
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100