!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp-Putin görüşlərində GİZLİ FAKTORLAR: “Onun hədəfi başqadır”

!Reklam – Yazi

“Trampın əsas hədəfi Rusiya yox, İran və Çindir”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi, ABŞ-nin atdığı addımları Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi müharibə yekunlaşacaq:

“Tramp hakimiyyətə gələndən sonra Rusiya-ABŞ münasibətlərində dəyişikliklər var. İnsanlığa qarşı cinayət məhkəməsinin həm İsrailin Baş naziri Benjamin Netanyahu, həm də Rusiya prezidenti Vladimir Putinə qarşı həbs qərarı var. Həmin quruma qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq olunması gözlənilir. Rusiya oliqarxlarına qarşı sanksiya tətbiqi ilə məşğul olan komissiya da vardı. O komissiya buraxıldı və ABŞ-nin narkotiklərə qarşı mübarizə komissiyasına çevrildi. ABŞ prezidenti ilə Rusiya prezidenti arasında telefon danışığı oldu. Bundan əlavə, Tramp bildirdi ki, Rusiya generalının öldürülməsi yolverilməzdir. İddialar var ki, Trapmla Putinin görüşü baş tuta bilər. Bu da xeyli irəliləyişdir”.

Y. Bağırzadə əlavə edib ki, Rusiya qoşunları hələ də Ukrayna ərazilərini işğal etməkdə davam edir:

“Trampın Ukrayna müharibəsi ilə bağlı təyin etdiyi şəxs ehtiyatda olan generaldır. Bu, o deməkdir ki, ABŞ Rusiyaya qarşı açıq tədbir görə bilər. ABŞ təhdid edir, sonra onun icrasını həyata keçirir. Panama ilə bağlı bunu gördük. Hazırda ABŞ İranı da təhdid edir. Trampın hədəfi başqadır. Onun hədəfi İran və Çindir. Rusiya istəyirdi ki, masa arxasına ABŞ otursun və artıq ABŞ masa arxasında oturub. Rusiya Avropa İttifaqının da masa arxasında oturmasını istəyir. Ukrayna isə sülh olacağı təqdirdə, qarant tərəflər olmasında maraqlıdır. Bu ilin sonuna kimi müharibə bitəcək”.

Səxavət Məmməd

www.yenicag.az

95
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv