Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Trampdanqaçma” tendensiyası: Ağ Evin sahibi ilə işləmək istəyən yoxdur

ABŞ prezidenti Donald Trampın eyni gündə iki müşavirinin istefa verməsi hakim komandanın nə qədər dayanıqsız olduğunu göstərir.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən prezident Donald Trampın strateji məsələlər üzrə müşaviri Stiv Bennon tutduğu vəzifəsini tərk edib.

Bennonun istefa xəbəri Trampın sözçüsü Sara Sandersin yaydığı bəyanatda öz təsdiqini tapıb. Bəyanatda qeyd olunub ki, Bennon istefa qərarını Prezident administrasiyasının rəhbəri Con Kelli ilə razılaşdırıb.

Günün davamında isə Tramp komandasının daha bir üzvü – prezidentin qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin öz istefasını bəyan edib. 24 milyar dollar dəyərində ölçülən sərvəti ilə ABŞ-ın ABŞ-ın və dünyanın ən zəngin adamları sırasında olan 81 yaşlı Aykin bu addımını özünə qarşı müəyyən kampaniyanın aparılması ilə əlaqələndirib.

Səbəbindən asılı olmayaraq, fakt bundan ibarətdir ki, Trampın hakimiyyəti dönəmində istər ölkədə, istərsə də komanda daxilində ciddi ziddiyyətlərin qabaracağına dair proqnozlar özünü doğrultmaqdadır. Prezident və yaxın çevrəsi hər nə qədər etiraf etməsə də, “Trampdanqaçma” tendensiyası güclənməkdədir.

Mövzu ilə bağlı Yenicag.Az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, Tramp öz fəaliyyətində ciddi dönüş yaratmasa, onun hakimiyyət dövrü vaxtından əvvəl başa çata bilər:

“Amerikanın uzaq və yaxın siyasi tarixini pis bilmirəm, son 100 ildə bu ölkənin dövlət başçılarının siyasi karyeralarına az-çox bələdəm. Bu biliklərimdən çıxış edərək prezident Donald Trampın sözün həqiqi mənasında fenomen olduğu qənaətinə gəlirəm. Amerikanın ikinci belə prezidentini xatırlamıram.

Trampla heç kim işləmək istəmir, Ağ Evin sahibi komandasının üzvlərini əlçək kimi dəyişir. Onsuz da Ağ Evdə peşəkar qıtlığı var idi, olanlar da ya şefləri ilə yola getmirlər, ya da öz aralarında didişirlər, mətbuat səhifələrində bir-birlərinə atmaca atırlar.

Vəziyyət dəyişməsə, Tramp prezidentliyinin 4 ilini çox çətinliklə başa çatdıracaq – əgər başa çatdıracaqsa… Üzvü olduğu Respublikaçılar Partiyası da ondan üz döndərməyə yaxındır. Trampı yalnız dünyanın hansısa nöqtəsində uğurlu hərbi kampaniya xilas edə bilər.

Ancaq Amerikanın son illər hansı hərbi kampaniyası uğurlu olub ki? İraqda və Liviyada diktatorları devirsələr də, bu ölkələr terrorizmin və məzhəb savaşlarının yuvalarına çevrildi, Əfqanıstana daxil oldular ki, “Taliban”ı zərərsizləşdirsinlər, ıakin həmin təşkilat bu günə qədər ölkənin əksər hissəsinə nəzarət edir.

Bir sözlə, Trampın vəziyyəti doğrudan da, mürəkkəbdir və situasiyanı dəyişmək, komanda daxilində sabitlik yaratmaq üçün təsirli addımlar atılmalıdır. Əks halda, yuxarıda qeyd etdiyim kimi, Tramp öz hakimiyyət müddətini normal qaydada başa vura bilməyəcək”.

A.Zeynalov

Yenicag.Az

www.yenicag.az

356
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM