Trampın yeni hədəfi ODUR: Həmin şəxs nə üçün təhqir edildi?
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Milano–Kortina Qış Olimpiya Oyunları zamanı ölkəsindəki vəziyyəti tənqid edən amerikalı sərbəst stil xizəkçisi Hanter Hessi sərt şəkildə hədəfə alıb.
Yenicag.az xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında paylaşım edib.
O, Hessi “məğlub” adlandırıb və onun ABŞ komandasına layiq olmadığını bildirib.
Oreqon ştatından olan 27 yaşlı idmançı daha əvvəl Minnesota ştatında ICE agentlərinin keçirdiyi əməliyyatlara toxunaraq ABŞ-ı təmsil etməklə bağlı “qarışıq hisslər” yaşadığını, bayrağı daşımağın ölkədə baş verən hər şeyi təsdiqləmək anlamına gəlmədiyini demişdi.
Hanter Hess xizək dünyasında tanınmış idmançı olaraq insan haqlarının qorunmasının vacibliyini dəfələrlə vurğulayıb.
Nəsimi Ələsgərli












