“Transneft” Azərbaycandan nəqli bərpa edib

media-hightechnic-468x90

Bu gün Rusiya vaxtilə saat 10:00 radələrində “Transneft” “Şirvanovka” stansiyasından Azərbaycan neftinin nəqlinə başlayıb. “APA-Economics” RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə “Transneft” şirkətinin prezidentinin müşaviri İqor Demin bildirib.

Şirvanovka stansiyasından nəql olunan neft Dağıstan üzərindən ixraca yönəlir.

Ötən gün “Transneft” şirkətinin yaydığı məlumatda deyilir ki, Azərbaycandan neft nəqli dayandırılıb. Buna Mahaçqala ərazisində aparılan təmir işləri səbəb olub. Maraqlıdır ki, İ. Demin nəqlin üç günlük dayandırıldığını bildirib.

Yenicag.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa