Tural Əliyev PAŞA Sığortadan ayrıldı

media-hightechnic-468x90

Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan PAŞA Sığortanın İdarə Heyəti sədrinin müavini Tural Əliyev PAŞA Property Management şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən Yenicag.az-a verilən məlumata görə, Tural Əliyev PAŞA Sığorta şirkətində 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində şirkətin inkişafında mühüm rol oynayıb. O, PAŞA Sığortanın bazardakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib.

Tural Əliyev PAŞA Sığortadakı vəzifəsindən ayrılaraq, 1 may 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600