!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Turan Tovuz”da Berdıyev EFFEKTİ: “Komanda avrokuboklarda oynamağa iddialıdır”

!Reklam – Yazi

“Belə bir mütəxəssisin Azərbaycan Premyer Liqasında işləməyi, onun işini canlı görməyimiz bizim çox böyük şansdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yerli çempionatda “Turan” komandasında Kurban Berdıyevin müsbət effektindən danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, çempionatda Kurban Berdıyevin işi açıq-aşkar görünür.

“Bunu hər matçda, oyunun hər dəqiqəsində hiss etmək olur. Yüksək səviyyəli mütəxəssisdir, böyük təcrübəyə malikdir və bu təcrübəsini meydanda ortaya qoya bilir. “Turan”dakı sistematik oyunu açıq-aşkar görə bilirik. Yəni Kurban Berdıyevin işinə söz ola bilməz. Belə bir mütəxəssisin Azərbaycan Premyer Liqasında işləməyi, onun işini canlı görməyimiz çox böyük şansdır. Düzdür, komanda çempionatda liderliyini qoruya bilir, oyunların gedişində müdafiə xəttində sistematik oyun var qol buraxmır, amma qol buraxmağa həmişə yaxın olur. Komandanın ehtiyat qüvvəsi geniş deyil. Faktiki olaraq, keçən ildən qalma heyətdir. Komanda heyət baxımından güclənməyib”, – deyə o əlavə edib.

K.Məstəliyev qeyd edib ki, bu çempionat bir marafondur:

“Hansısa futbolçu zədələnərsə, yaxud da sarı, qırmızı vərəqələr görərsə, onlar kənarda qala bilər. Belə olan halda, ehtiyat qüvvənin kasadlığı komandaya problem yarada bilər. Əgər Kurban Berdıyevin sərəncamına daha iki-üç oyunçu verilməzsə, yəni heyət daha da gücləndirilməzsə nəinki çempion olmaq, bu mübarizədə olma ehtimalı da yoxdur. Çünki rəqiblər “Qarabağ”, “Zirə”, “Sabah” kimi komandalardır. Bu üç komanda çox son illərdə çox yaxşı inkişaf ediblər. Yetərincə güclü komandalardır. “Turan Tovuz” da təbii ki bu klublarla mübarizədə çətinlik çəkə bilər. Komanda avrokuboklarda oynamağa iddialıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv