Almaniyanın Münxen şəhərində, 1 iyul günü qeyd edilən ənənəvi Mədəniyyat festivalında gərgin anlar yaşanıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, festivalda iştirak edən “Üç beş nəfər” dərnəyinin “Uşaq Saz məktəbi” qrupu loqolarındakı türk bayrağına görə, çıxış zamanı səhnədən endirilib.
10 nəfərdən ibarət uşaq qrupunun çıxışı, Münxen Əcnəbilər Məclisinin sədri Dimitrina Langın göstərişi ilə yarıda kəsilib.
“Üç Beş nəfər” dərnəyinin media təmsilçisi Levent Ekiz açıqlamasında: “Bu mənim üçün inanılmaz bir hadisədir. Bu ayrıseçkilik və irqçiliyin təzahürüdür. Biz uşaqlarla birgə əylənməyə gəlmişdik. Rəsmi olaraq qeydiyyatdan da keçdik, loqomuzda bayrağımızın olduğunu hamı bilirdi. Türkiyəyə mənfi münasibət dayandırılmalıdır. Bu nifrət uşaqlara qarşı da özünü biruzə verirsə, deməli vəziyyət gərgindir “.
www.yenicag.az