18 May tarixində Türkiyənin Bakı səfirliyində 19 May Gənclik, İdman və Atatürkü anma gününə həsr olunmuş “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı rəsm sərgisi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir səfirliyin Nuru paşa salonunda baş tutub.
Tədbiri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıb. Qonaqları salamlayan səfir, iki ölkə arasındakı tarixi qardaşlıqdan danışıb.
Daha sonra Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi Ufuk Turgener çıxışı edib.
Tədbirdə həmçinin Rəssamlar İttifaqının nümayəndələri da söz alıb.
Sonda məktəblilərin çəkdiyi rəsmlər qonaqlara nümayiş etdirilib.
Firuz Asanov
Aqil Bəkir
www.yenicag.az