Türk dünyası yazarlarının təbrikləri - VİDEOÇARX

media-hightechnic-468x90

Bu gün Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçiriləcək.

media-banner_tkm

Yenicag.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədə kitabın təqdimat törəni keçirilib.

Həmçinin türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarx hazırlanıb.

30 yanvarda millət vəkillərinin, alimlərin, yazarların və ictimai faəl gənclərin iştirakı ilə keçiriləcək tədbirdə sözügedən kitab və video-çarx ictimaiyyət nümayəndələrinə təqdim ediləcək, habelə gənc şairlər öz şeirləri ilə çıxış edəcək.

Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanacaq./İnform.az/

Türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarxı təqdim edirik:

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05