!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyasını birləşdirən həftə: İki elmi simpozium təşkil edildi - FOTO

!Reklam – Yazi

25-26 aprel tarixlərində Türkiyənin paytaxtı Ankarada və Dənizli şəhərində türk dünyasında mədəni inteqrasiya ilə bağlı iki elmi simpozium təşkil edilib.

Yenicag.az xəbər verir ki, Dənizlinin Pamukkale Universitetində (PAÜ) Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi (ALTAY DİLMER), Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası və Dənizli Sosial Elmlər Peşə Məktəbinin təşkilatçılığı, Almatı Təhsil Attaşeliyi, Əl-Fərabi Qazax Milli Universiteti, Türk Tarix və Mədəniyyət Vəqfi (TÜRKTAV) və Avrasiya Yazıçılar Birliyinin dəstəyi ilə “Türk dünyasında dəyərlər və mədəniyyət ötürməsi (Cizgi filmlər, dil çalışmaları və ədəbi əsərlər, tarix, turizm)” adlı beynəlxalq simpozium keçirilib.

Simpoziumun açıq elan edən ALTAY DİLMER direktoru və Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri professor Nərgiz Biray simpoziumun türk mədəniyyəti və dəyərlərinin ötürülməsi ilə bağlı atılmalı olan addımlara diqqət çəkmək, mədəniyyət ötürücüsü rolunda çıxış edən vasitələri vurğulamaq, bu vasitələrin düzgün istifadəsinin və genişləndirilməsini təmin etmək üçün təşkil olunduğunu bildirib. Simpoziumun təşkil edilməsinə dəstək verənlərə təşəkkür edən Biray: “Diləyimiz sipoziumda vurğulanan məsələlərin gələcəkdə daha geniş formada həyata keçirilməsidir”, – deyə bildirib.

Daha sonra çıxış edən PAÜ prorektoru professor Durmuş Akalın, Almatı Baş konsulu Evrən Müdərrisoğlu, Qazaxıstanın Dənizlidəəki fəxri konsulu Okan Oğuz, Qazaxıstanın təhsil attaşesi Ayxan Qorxmaz, Avrasiya Yazıçılar Birliyinin sədri dosent Yaqub Öməroğlu, İşçilərin Həmkarlar İttifaqı Konfederasiyasının Dənizli təmsilçisi Əmrə Ərdoğan və TÜRKTAV sənət maşaviri Nur Doğu Qoçaq simpoziumun önəminə diqqət çəkərək mədəniyyət ötürmələri məsələsinin elmi müstəvidə müzakirə edilməsinin və fərqli ölkələrin cəmiyyətləri əsas alınaraq sosial analizlərin aparılmasının əhəmiyyətini dilə gətiriblər.

Simpozium daha sonra elmi təqdimatlarla davam edib. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan elm adamları və animasiya, cizgi filmi, reklam və təhsil, radio və televiziya sahəsindən olan mütəxəssislər tərəfindən qeyd olunan məsələlər ətrafında təqdimatlar edilib.

Simpozium çərçivəsində “Evin varisini axtarıram” (“Şanıraktın İyesin İzdep Jürmin”) cizgi filmi izlənilib və Türkiyə türkçəsi ilə yayımlanmış kitabının təqdimatı keçirilib.

Simpozium ikinci günündə onlayn şəkildə davam edib.

Ankarada isə Hacı Bayram Vəli Universitetinin Avrasiya və Türk Dünyası Araşdırma və Tətbiq Mərkəzi (ATÜRKMER) və Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının təşkilatçılığı ilə “Türk dünyasına gənc baxışı: Magistrant və doktorantların beynəlxalq elmi simpoziumu” keçirilib.

ATÜRKMER direktoru professor Naciyə Yıldız simpoziumu açıq elan edərək iştirak üçün Çin də daxil olmaqla, 9 ölkədən 100-dən çox müraciət olunduğunu bildirib. Yıldız simpoziumun türk dünyasından olan gənc elm insanlarının qarşılıqlı ünsiyyətlərini artırmaq və sahə mütəxəssisləri ilə əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

Kafedra müdiri Mehmet Fateh Kişirçioğlu da bu kimi simpoziumların təşkil edilməsinin elmi müzakirə mühitini artırdığına diqqət çəkib və simpoziumun işinə uğurlar arzulayıb.

Gənc araşdırmaçılar tərəfindən təqdimatlar edildikdən sonra iştirakçılara sertifikat verilib, xatirə fotosu çəkdirilib.

Simpozium ikinci günündə onlayn şəkildə davam edib.

Qeyd edək ki, Pamukkale Universitetinin Azərbaycandan olan doktorantı Aqil Bəkir hər iki simpoziumda iştirak edib. O, “Türk dünyasına gənc baxışı: Magistrant və doktorantların beynəlxalq elmi simpoziumu”nda “Müasir Azərbaycan şairi Esmira Məhiqızının şeirlərində uşaq və uşaqlıq motivi”, “Türk dünyasında dəyərlər və mədəniyyət ötürməsi” simpoziumunda isə “Azərbaycanda digital ədəbi tənqidlə bağlı araşdırma” başlıqlı təqdimatlarla çıxış edib.

COP29

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv