“Türk lisey”lərindən yeni xəbər

media-hightechnic-468x90

загруженное (3)“Digər texniki liseylərə müraciət edən məktəblilər də öz liseylərinə qayıtdı”. Bunu “türk liseyləri” bağlandığı ilk dövrdə yaradılmış “Valideynlər Şurası”nın rəhbəri Gülnarə Bağırova bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl başqa liseylərə keçid etmiş şagirdlərin demək olar ki, hamısı Zərifə Əliyeva adına liseydə cəmləşib.

G. Bağırova bildirib ki, hazırda “Valideynlər Şurası” Şəki və Sumqayıt liseylərin açılmamasından narahatdır. “Sumqayıtdakı şagirdlər Bakıdakı keçmiş Dədə Qorqud liseyinə köçürüləcək. Şəkidəki şagirdlərin taleyi hələ bilinmir. Ya Bakıya gələcəklər, ya da əraziyə yaxın yerlərdə yerləşəcəklər”.

Xatırladaq ki, bu il iyunun 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Sözügedən tədris müəssisələri akademik Z.Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək.

Tədris sistemi Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. (modern.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600