Türk polkovnikdən Qarabağdakı durumla bağlı AÇIQLAMA

media-hightechnic-468x90
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində müşahidələr aparılır.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin polkovniki Əli Qaraqaş Ağdam rayonu ərazisində yerləşən Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, əsas vəzifələri bölgədə silahlı qarşıdurmaya son vermək, atəşkəsə nəzarət etməkdir:

“Mərkəzdə atəşkəsin pozulub-pozulmaması ilə bağlı məlumatlar toplanılır, doğru olub-olmaması müəyyənləşdirilir. Pilotsuz uçuş aparatları və digər mənbələrdən alınan məlumatlar qeydiyyata alınır. Bundan sonra araşdırılır və atəşkəsin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülür”.

Rusiya ordusunun polkovniki Mixail Zavalkin isə həftənin 7 günü 24 saat pilotsuz uçuş aparatları ilə müşahidə aparıldığını vurğulayıb:

“Bu günədək hər hansı pozuntu təsbit etməmişik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600