Türkiyə gəmisinə pirat hücumu: 10 nəfər əsir götürüldü

media-hightechnic-468x90

Kamerunun Douala limanından Fil Dişi Sahilinin Abican limanına istiqamət götürən Türkiyəyə məxsus “Paksoy-1” yük gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyə vətəndaşı olan 10 nəfər əsir götürülüb. Məlumata görə, dənizçilər arasında itki yoxdur. Gəminin məxsus olduğu şirkət də faktı təsdiqləyərək, araşdırmaların davam etdirildiyini, həmçinin, əsirlərin azad olunması üçün lazım olan bütün tədbirlərin görüldüyünü bəyan edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600