!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə Rusiyanın Suriya üzrə ziddiyyətləri Qərb üçün göydəndüşmə fürsət olacaq” – Politoloq

!Reklam – Yazi

“Moskvanın ən azı öz maraqlarını nəzərə alaraq, İdlib məsələsində Ankaraya güzəştə getməsi gözləniləndir”.

Suriyanın İdlib bölgəsinə hücum məsələsində mövqeləri toqquşan Rusiya ilə Türkiyə arasında münasibətlərin mümkün inkişafını Yenicag.az-a dəyərləndirən politoloq Vüqar Zifəroğlu hesab edir ki, yaranmış situasiyada Moskva və Ankaranın ortaq məxrəcə gəlməsi mümkündür.

Vüqar Zifəroğlunun fikrincə, hər iki ölkə İdlib məsələsində ziddiyyətlərin dərinləşməsindən Qərbin faydalanacağını aydın şəkildə başa düşür:
“Öncə bu məqama toxunmaq istərdim ki, Suriyanın İdlib bölgəsi çox mühüm strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də oradakı prosesin inkişafı bu ölkədə hərbi mövcudluğu olan ölkələrin vəziyyətinə də həlledici təsir göstərəcək.

İdlibin əhəmiyyəti Türkiyə üçün olduqca böyükdür və bu baxımdan, Ankara öz sərhədindəki həmin bölgədə hadisələrin inkişafını sırf öz milli maraqları prizmasından dəyərləndirərək, addımlarını müəyyənləşdirir.

Məlum olduğu kimi, Türkiyə Rusiya, İran və Bəşər Əsəd qüvvələrinin İdlibə hücum planının qəti şəkildə əleyhinə çıxır. Çünki Ankara İdlibin bu qüvvələrin nəzarətinə keçəndən sonra yarana biləcək vəziyyəti indidən nəzərə alaraq, ona uyğun mövqe tutur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı narahatlığını ən açıq formada bəyan etməsi də situasiyanın ciddiliyini bir daha təsdiqləyir. Ərdoğan qeyd edib ki, İdlib məsələsində yaranmış vəziyyətin müzakirəsi üçün Rusiya prezidenti Vladimir Putinlə görüşə ehtiyac var.

Belə düşünürəm ki, vəziyyətin Türkiyə üçün həssaslığını və əhəmiyyətini diqqətə alan Rusiya Ankaraya müəyyən güzəştə gedəcək. Əks halda, Türkiyə, Rusiya və İranın Suriyada birgə fəalliyyəti nəticəsində əldə olunmuş nəticələrin aradan qalxma ehtimalı artar.

Digər tərəfdən, Türkiyə ilə Rusiyanın Suriya üzrə ziddiyyətlərinin ortaya çıxması və dərinləşməsi Qərb üçün göydəndüşmə fürsət olacaq. Mənə görə, Moskva ilə Ankara ən azı bu səbəbdən aralarındakı anlaşılmazlığı həll edə biləcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

3759
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv