Türkiyə Kubokunda erkən final

media-hightechnic-468x90

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, günün ilk oyununda “Akhisar” səfərdə “Kayserispor”un qonağı olub. Ev matçında rəqibinə 1:0 hesabı ilə qalib gələn qonaqlar, səfər oyununda da sərfəli nəticə qazanıb – 2:2. Hər iki oyunun nəticəsinə görə Okan Burukun komandası yarımfinala adlayan tərəf olub.

“Fənərbaxça” isə ilk oyunda olduğu kimi, cavab matçında da “Girəsunspor” üzərində 2:1 hesablı qələbə qazanıb. Növbəti mərhələyə adlayan “bülbüllər” yarımfinalda “Beşiktaş”la üz-üzə gələcək.

Qeyd edək ki, son yarımfinalçı bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” matçından sonra müəyyənləşəcək. Tərəflərin ilk görüşü 2:2 hesabı ilə başa çatıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa