!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Mətbuat Federasiyası QURULDU

!Reklam – Yazi

2014-cü ildə Anadolu Yayıncılar Dərnəyi olaraq fəaliyyətə başlayan və 2023-cü ildən etibarən Anadolu Yayıncılar Federasiyası kimi fəaliyyətini davam etdirən qurumun adı dəyişdirilərək Türkiyə Mətbuat Federasiyası olub.

Yenicag.az xəbər verir ki, bu qərar Türkiyə Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirilib.

Federasiyanın sədri Sinan Burhan ölkənin adının federasiyaya verilməsinə icazə verdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna və Daxili İşlər naziri Ali Yerlikayaya rəhbərlik etdiyi qurum adından təşəkkürünü bildirib.

O, qeyd edib ki, federasiya demokratiya, insan haqları və mətbuat azadlığı sahələrində mühüm işlər həyata keçirməyi planlaşdırır:

“Xüsusilə jurnalistlərin əmək hüquqlarını gücləndirmək və media sektorunu daha azad, ədalətli bir struktura çevirmək əsas hədəflərimiz sırasındadır”.

S. Burhan federasiyanın fəaliyyətində üç qırmızı xəttin olduğunu vurğulayıb: Azan, bayraq və cümhuriyyətin dəyərləri.

O, həmçinin yekunda vurğulayıb ki, Türkiyə Mətbuat Federasiyası mətbuat sektorunu daha güclü və müstəqil etmək məqsədilə fəaliyyətini davam etdirəcək.

 

www.yenicag.az

77
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv