Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı “Pəncə-3” əməliyyatına başlayıb.
Yenicag.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyatın başladılmasında məqsəd Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi və terrorçuların zərərsizləşdirilməsidir.
Qeyd edək ki, Türkiyə may ayında “Pəncə-1” əməliyyatına start verilib. İyul ayında əməliyyat genişləndirilib və “Pəncə-2” adını alıb.
www.yenicag.az