Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyə öz nüvə silahını yarada bilər” - Salih Yılmaz

Reklam: Sinerji Pro

“ABŞ-Rusiya qarşıdurması Türkiyənin əhəmiyyətini xeyli artırıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ABŞ-ın orta mənzilli raketlərlə bağlı müqavilədən çıxması haqda qərarının yaratdığı situasiyanı şərh edən Türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, ABŞ və Rusiya arasında qarşıdurmanın güclənməsi Türkiyənin hər iki ölkə üçün əhəmiyyətini xeyli artırıb:
“Yaranmış vəziyyətdə Asiya-Sakit Okean, Avropa və Yaxın Şərqdə sürətlə silahlanma tendensiyası genişlənir və Çin, Rusiya, İran kimi ölkələrə yönəlik təzyiqlər artır. Açıq desək, dünya sürətlə silahlanmanın yeni fazasına daxil olub.

Əslində, ABŞ-ın orta mənzilli raketlərlə bağlı müqavilədən çıxması Rusiyanın Suriyada tətbiq etdiyi yeni silah növü ilə bağlıdır. Yəni Rusiya Suriyada yeni silahdan istifadə etməklə, özünün hərbi qüdrətini və texnoloji nailiyyətlərini rəqiblərə göstərmək istəyib. Bu isə ABŞ-da texnoloji inkişaf məsələsində Rusiyadan geri qalmaq qənaətini möhkəmlədib.

Türkiyə, Çin və Hindistanın Rusiya istehsalı olan S-400 raket komplekslərini almaq niyyətinin qətiliyi, Rusiya ilə İranın Yaxın Şərqdə sıx əməkdaşlığı, Çin və Hindistanın İrana qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etməsindən sonra ABŞ dünya üzərində nəzarəti itirdiyini dərk etməyə başladı. ABŞ bu nəzarətin bərpa olunmasının ən rahat yolunu dünyada sürətlə silahlanma tendensiyasını gücləndirməkdə görür və buna şərait yaradır.

ABŞ-Rusiya qarşıdurması Türkiyənin əhəmiyyətini xeyli artırıb. ABŞ Yaxın Şərq və Asiyaya, Rusiya isə Avropaya çıxış üçün Türkiyəyə ciddi ehtiyac duyur. O baxımdan, yeni mərhələdə Türkiyənin öz nüvə silahının yaradılması istiqamətində əməkdaşlıq üçün yollar axtaracağı istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

4892
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100