Fransa Suriyada Türkiyə Silahlı Qüvvələrinin zərbə endirdiyi PKK-nın obyektlərini bərpa edir.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı qəzetlərindən olan “Türkiyə Gazetesi” məlumat yayıb.
Məlumata görə, Fransa Suriyada Türkiyə Silahlı Qüvvələrinin zərbə endirdiyi kürd hərbi-siyasi təşkilatı PKK-nın obyektlərini bərpa edir.
Qeyd olunur ki, iranlı mühəndislər Fransanın apardığı təmir işlərinə dəstək verirlər.
“Bu yaxınlarda 50 PKK-lı qrup bu obyektlərin təmiri və istismarı ilə bağlı təlim keçmək üçün Tehrana gəlib. Fransa və İran PKK-nın vurduğu yaraların sağalmasında müttəfiqdir”, – nəşr vurğulayıb.
Xuraman Etibarlı
www.yenicag.az