Türkiyədə 34 hərbçi saxlanıldı

media-hightechnic-468x90

92714Türkiyədə Milli İstihbarat Təşkilatına aid TİR maşınlarının dayandırılması ilə bağlı 34 hərbçi və əsgər saxlanılıb.

Yenicag.az-ın musavat.com-a istinadən məlumatına görə, İstanbul Baş Prokurorunun vəkili İrfan Fidanın göstərişi ilə 1 və 19 yanvar 2014-cü ildə Suriyaya gedən TIR-ları dayandıran harbçilərə qarşı əməliyyat təşkil edilib.

Həbs edilənlərdən 16 nəfərinin Adanada xidmət edən əsgərlər olduğu bildirilib.

İstanbul Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan əməliyyatda əsgərlərin qulluq etdiyi rayonlara bu səhər nəzarət və həbs təlimatları göndərilib.

Təlimat əsasında dərhal hərəkətə keçilib və şübhəlilər həbs ediliblər.

Əməliyyatların hazırda davam etdiyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600