Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb

media-hightechnic-468x90

Türkiyədə 49 ölkədən hərbçilərin iştirak etdiyi EFES-2024 beynəlxalq hərbi təlimləri başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

“Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış ən böyük təlimlərindən biri olan EFES-2024-ün kompüterləşdirilmiş komanda-qərargah mərhələsi aprelin 25-də başlayıb və mayın 8-dək davam edəcək. Təlimlərin faktiki mərhələsi mayın 9-dan 30-dək baş tutacaq”, – Müdafiə Nazirliyindən bildirilib.

Hazırda EFES-2024 təliminə 49 ölkədən 1567 hərbçi cəlb olunub və daha çoxu təlimin faktiki mərhələsində manevrlərdə iştirak edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa