Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə 5 min yeni iş yeri açılacaq: "Volkswagen" Türkiyəyə gəlir

10 ildir davam edən danışıqlardan sonra “Volkswagen” Türkiyədə mərkəz açacaq.

Yenicag.az xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi Türkiyədə istehsala ilk olaraq “Skoda” və “Seat” markalı avomobillər ilə başlayacaq.

Verilən məlumatlara görə, bu Türkiyədə yeni 5 min iş yeri açılmasına səbəb olacaq.

Alman mediasının yaydığı məlumata əsasən, “Volkswagen” bir neçə müddətdir yeni elektrikli avtomobillər istehsalını həyata keçirmək üçün alternativ baza axtarırdı. Yeni baza üçün Bolqarıstan və Türkiyə arasında seçim edən şirkət, daha böyük bazara və təcrübəyə malik olduğu üçün Türkiyəni seçib.

Məlumata əsasən, 2022-ci ildə fəaliyyətə başlayacaq zavodda 5 mindən çox işçinin işə götürüləcəyi planlaşdırılıb.

Istehsalına başlanılacaq “Skoda” və “Seat” modellərindən birincisi hal-hazırda Çexiyada istehsal olunur. Istehsalın Türkiyəyə köçürülməsinin ardından şirkət Almaniyanın “Emden” və “Hannover” fabtiklərini elektriklə işləyən avtomobil istehsalı üçün ayıracaq.

Elektriklə işləyən avtomobil istehsalını genişləndirməyi hədəfləyən şirkət bir nüddət əvvəl “Ford” şirkəti ilə ortaqlığa başlaya biləcəklərini bildirmişdi.

www.yenicag.az

1284
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100