Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı artdı

media-hightechnic-468x90

Türkiyənin Hatay vilayətində baş verən təkrar zəlzələ nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına görə, yeni yeraltı təkanlar nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır.

Hazırda axtarış-xilasetmə qrupları dağıntıların baş verdiyi ərazilərə cəlb ediliblər.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 ballıq zəlzələ baş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600