Türkiyədə benzin, qaz bahalaşdı

media-hightechnic-468x90

Qardaş Türkiyədə son günlərdə məişətdə işlədilən təbii qazın qiyməti 30% artırıldı – indi bir kub metr qazın dəyəri 3 lirə 64 kuruş, yəni 38 qəpik oldu.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, elektrik enerjisi almaq üçün istifadə edilən qazın qiyməti də artıb, bu isə növbəti günlərdə elektrik qiymətlərini artıracaq:

“Sənayedə istifadə edilən qazın qiyməti də 40% artıb, deməli, sənaye məhsullarının qiyməti də kəskin artacaq.

Bu gün Türkiyədə benzin 26 lirə 23 kuruş, dizel isə 25 lirə 94 kuruş oldu – son bir ildə benzinin qiyməti 239%, dizelin qiyməti isə 258% artıb, ölkədə rəsmi inflyasiya 70%-ə yaxınlaşıb ki, bu da dünyada ən yüksək rəqəmlərdən biridir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600