Türkiyədə son sutka ərzində daha 42 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında məlumat yayıb.
Son sutka ərzində 91 302 nəfər koronavirus testindən keçib, onlardan 1482-nin cavabı pozitiv çıxıb. 1027 nəfər isə sağalaraq evə buraxılıb.
Beləliklə, Türkiyədə ümumilikdə 268 546 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyə qədər onlardan 243 839 nəfər sağalıb, 6326 nəfər ölüb.
www.yenicag.az