Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 44 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 4 140 nəfərə çatıb. Son 24 saatda 35 369 nəfər testdən keçirilib. Onlardan 1 368 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 149 435 nəfərdir. Sağalanların ümumi sayı 109 962 nəfər təşkil edib. lkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb”, – deyə, nazir bildirib.
www.yenicag.az