Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 14 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 5659 nəfərə çatıb. Son 24 saatda 45 712 nəfər testdən keçirilib, onlardan 942 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 228 924 nəfərdir. Sağalanların ümumi sayı, 212 557 nəfər təşkil edib”, – deyə, nazir bildirib.
www.yenicag.az