Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 31 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 4 171 nəfərə çatıb. Son 24 saatda 25 141 nəfər testdən keçirilib. Onlardan 1 158 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 150 593 nəfərdir. Sağalanların ümumi sayı 111 577 nəfər təşkil edib”, – deyə, nazir bildirib.
www.yenicag.az