Türkiyədə Twitterin yasaqlanmasının səbəbi açıqlandı

media-hightechnic-468x90

mçnkjhl“Bu hallar aradan qaldırılacağı təqdirdə yasaqlanmaya son veriləcək”
Xəbər verildiyi kimi, dünən gecə saatlarından etibarən Türkiyədə Twitter sosial şəbəkəsi yasaqlanıb.

Nazirlər Kabinetindən yayılan açıqlamada Telekomunikasiya başqanlığının 5651 saylı qanunun tələblərinə görə, bu addımın atıldığı bildirilir. Açıqlamada bildirilir ki, vətəndaşların şikayətləri ilə Twitterdə insan haqlarının və özəl həyata müdaxilə halları ilə bağlı dəfələrlə Türkiyə məhkəmələrinə müraciət olunub.

“Məhkəmələrin çıxardığı qərarlar Telekomunikasiya başqanlığna göndərilmiş, başqanlıq isə öz növbəsində Twitterdən bu kimi halların aradan qaldırılmasını və məhkəmələrin çıxardığı qərarlara uyğun olaraq, yayılan materialların sosial şəbəkədən çıxarılmasını istəmişdir. Lakin Twitter bu qərarlara məhəl qoymamış və məhkəmələrin qərarlarını tanımamışdır. Bu səbəbdən də vətəndaşlarımızın hüquqlarını təmin etmək üçün Twitterin yasaqlanması qərara alınıb.”

Açıqlamada Twitterin məhkəmə qərarlarını tanıyacağı halda yasaqlanmaya son veriləcəyi bildirilib(avropa.info).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600