Türkiyəli jurnalist Azərbaycan saytını və QHT rəhbərini məhkəməyə verdi

media-hightechnic-468x90

10423787_10203935416898636_7905443577870917297_n“İpəkyolu” Strateji Araşdırma Mərkəzinin başçısı, televiziyaçı-yazar Seyfullah Türksoy haqqında səslənən iddialara cavab verib. Yenicag.az-a göndərdiyi məktubunda Türksoy bunları qeyd edib:

“Adını ilk dəfə eşitdiyim bir internet saytında məni hədəf seçən və tamamilə xəyal məhsulu olan, yalan və böhtana söykənən bəzi xəbərlər çıxdığını öyrəndim. Həqiqətə uyğun olmayan bu böhtanların qaynağının Daşqın Gülməmmədov Gaçaganlı olduğunu öyrəndim.

Gürcüstanın Borçalı bölgəsindən olan 1977-ci il təvəllüdlü Daşqın Gülməmmədovun “Borçalı”  Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə problemlərinin olduğunu, daha əvvəllər də Zəlimxan bəy əleyhinə xəbərlər yazdığını, Türkiyədə Zəlimxan bəylə dostluğu olan başda Məhərrəm Ylldız, Engin Aybirdi olmaq üzrə bir çox hörmətli insan haqqında da yalan və böhtanlarla qaralama kampaniyası apardığını öyrəndim. Yazdığı uydurma xəbərlərlə mənim partiya quracağımı, Rusiyadan dəstək aldığımı iddia edən bu şəxs, yaxın ətrafındakı bəzi insanlara “Seyfullah Türksoy Zəlimxan Məmmədliyə dəstək verməməlidir.  Borçalı türklərinin gerçək nümayəndəsi mənəm. Zəlimxan Məmmədli və onu dəstəkləyən hər kəs mənim düşmənimdir “deyib. Qeyri-ciddi olan şəxs, Çeçenistan Dövlət Başçısı Ramzan Kadirovla illər əvvəl götürdüyüm bir müsahibə sonrası çəkildiyinin və şəxsən özümün sosial mediada paylaşdığım bir fotoşəkilin altına çox sərsəm şərhlər yazıb. Bu yazıq bilmir ki, 30 illik jurnalistika həyatım boyunca ən az 30 dövlət başçısıyla fotoşəkillərim var. Mövzuyla əlaqədar olaraq vəkilim hüquqi prossesi başladıb. Şəxsimə qarşı yalan, böhtan və şantajdan istifadə edən bu şəxs və sayt məhkəmə qarşısında atdıqları ittihama görə, cavab verməli olacaqdır”.

Yenicag.az

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc edə bilərik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600