Türkiyəli ziyalılar Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

14101648323970338861_600x400Bir qrup tanınmış türkiyəli ziyalı İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfər edəcək.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu  bildirib ki, səfər “Aşıq Şəmkir mədəniyyət ocağı” İctimai Birliyi və “Azərbaycanlılar və türk dilində danışan xalqlarla əməkdaşlıq” Mərkəzinin (ATXEM) dəvəti əsasında həyata keçiriləcək.

Nümayəndə heyəti XX əsrin əvvəllərində Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni daşnak işğalçılarından azad etməsinin 96-cı ildönümü ilə əlaqədar Gəncə şəhərində təşkil olunacaq konfransda və bununla bağlı digər tədbirlərdə iştirak edəcək.

Türkiyəli qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Qubadakı kütləvi soyqırımı məzarlığını da ziyarət edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600