Türkiyə solçuları yenə DİNə qarşıdır – Video
Türkiyədə ibtidai və orta təhsil ocaqlarında din dərslərinin tədris olunamasına qarşı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.
Yenicag.anspress-ə istinadən bildirir ki, bir günlük dərsləri boykot edən şagirdlər fənnin ləğv olunması tələbi ilə küçələrə axışıb. Şagirdlər məktəblərin giriş darvazalarına “13 fevralda dərs yoxdur, tələbələr dərsləri boykot edir, müəllimlər isə tətilə çıxır” yazılı plakatlar asılıb. “Məktəb boykotu” kampaniyasına paralel olaraq, yüzlərlə şagird İstanbul Təhsil Şöbəsinə yürüş edərək, qurumun həyətinə daxil olmağa çalışıb.
Polislə kiçik mübahisələrdən sonra içəri buraxılan şagirdlər, burada aksiyanın qətnaməsini oxuyaraq, “onlara layiqli təhsilinin verilməsini tələb edib. Azı 4 fəalın saxlanıldığı bildirilir. İzmir şəhərində isə “Birləşmiş iyul hərəkatı”nın elan etdiyi “bir günlük məktəb boykotu” çərçivəsində keçirilən aksiyada polislə toqquşmalar qeydə alınıb.
Polis din dərslərinin keçirilməsinə qarşı hiddət nümayiş etdirən etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. 50-dən çox fəal saxlanılaraq, polis şöbəsinə aparılıb.
Qeyd edək ki, nümayişlərdə əsasən solçular iştirak edirlər.