Türkiyəni təkcə Almaniya dinləməyib…

media-hightechnic-468x90

img1561214Almaniyanın nüfuzlu “Der Spigel” jurnalı ABŞ və İngiltərənin Türkiyəni dinlədiyi iddiası ilə çıxış edib.

YENİCAG.AZ Axar.az-a istinadən xəbər verir ki, dərgi dinlənilən qurumlar arasında Türkiyənin Vaşinqtonda yerləşən səfirliyinin də olduğunu bildirib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Türkiyə haqqında məxfi məlumatları toplandığını deyən jurnal bu məlumatların Edvard Snouden tərəfindən ifşa olunduğunu qeyd edib.

Jurnal ABŞ-dan başqa İngiltərənin də Türkiyəni dinlədiyini, ölkədə enerji potensialına dair məlumatların qeyri-qanuni yolla əldə etdiyini ortaya çıxarıb.

Bundan başqa dərgi Türkiyənin ABŞ-la bu sahədə iş birliyini reallaşdırdığını da bildirib.

Belə ki, amerikalılar Türkiyəyə PKK ilə bağlı məlumatları ötürürmüş. Türkiyə də öz növbəsində Rusiya və Ukrayna ilə bağlı gizli məlumatları ABŞ-a verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600