Türkiyənin Adana şəhərində temperatur rekordu - VİDEO

media-hightechnic-468x90

Türkiyənin bir çox vilayətində soyuq hava hökm sürərkən, ölkənin cənubunda yerləşən Adanada termometrlər 36 dərəcəni göstərib.

Aralıq dənizi sahilində yerləşən Adana Türkiyənin ən günəşli şəhərlərindən biri olsa da, mütəxəssislər bildiriblər ki, oktyabr ayında qeydə alınan isti hava bura üçün rekord həddədir.

Mütəxəssislər, həmçinin vurğulayıblar ki, iqlim şəraiti ilə əlaqədar quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600