!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin “Hürriyyət” qəzeti Tənzilə Rüstəmxanlının müraciətini yaydı

!Reklam – Yazi

12084007_10206641254622795_2071108705_nTürkiyənin tanınmış “Hürriyyət” qəzetində Azəri Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının müraciəti yayınlanıb. Qəzetin nüfuzlu yazarlarından Yalçın Bayerin köşə yazısında yer alan məktubda Türkiyənin terrorla mübarizəsinə Azərbaycanın dəstəyi ifadə olunub.

“Türkiyənin yaşadığı terror olaylarını və Türk Ordusuna qarşı xain tələləri üzüntü ilə izləyirik. Qəbul etməliyik ki, terror insanlığa qarşı cinayətdir və illərdən bəri torpaqları Ermənistan tərəfindən işğal olunan ölkənin vətəndaşı olaraq qeyd etməliyəm ki, bu ancaq işbirliyi ilə çözülə bilər. Bu mövzuda Türk dünyası ölkələri daha aktiv olmalı, Birləşmiş Millətlər Təşkilatında Türk Şurası fəaliyyətini gücləndirməlidir. İqtisadi-mədəni əlaqələr möhkəmlənməli, Türk Dünyasını parçalayacaq hər problemdən kənar durmalıyıq”-deyə, fikrini ifadə edən Tənzilə Rüstəmxanlı Türkiyənin üzünü Orta Şərqdən Türk Dünyasına tərəf çevirməli olduğunu vurğulayıb: “Orta Şərq Türkiyə üçün həm zaman, həm də enerji itirmək deməkdir”. ATQB sədrinin fikrincə, “Türk Dünyasında qardaşlıq modelinin ən gözəl örnəyini Azərbaycan Prezidenti İlham Əliyev ortaya qoydu. Cənab Prezident Praqada Ermənistan prezidentinə “Türkiyə yoxdursa, mən varam” deyərək, iki ölkə arasında qardaşlığı dövlət səviyyəsində möhkəmləndirmişdir”. Tənzilə Rüstəmxanlı qeyd edib ki, “Azərbaycanın Qarabağı işğaldan azad edə biləcək gücü hər zaman var. Ancaq bunun üçün beynəlxalq aləmin şərtlərini də nəzərə almaq lazımdır. Bunun üçün isə öncəliklə Türkiyə ilə Azərbaycanın birlikdə hərəkət etməsi lazımdır”.

“Hürriyyət” qəzetindəki yazı

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv