Üç yaşlı uşaq yaquar cəngəsində

media-hightechnic-468x90

yaquarlarABŞ-ın Arkanzas ştatında zooparkların birində 3 yaşlı uşaq yaquarların olduğu qəfəsə yıxılıb.

Bu barədə Fox News xəbər yayıb.

Bildirilir ki, uşağın həyatını xilas etmək mümkün olub. Yalnız iki yaquarın hücum etdiyi körpənin durumu acınacaqlıdır.

Uşağın kəllə sümüyü əzilib, bədənində çoxlu didilmiş yaralar var.

Şahidlər deyirlər ki, iki yaquarın uşağın boyun və ayaq nahiyəsindən dişlədiyini görüblər.

Zoopark işçiləri yaquarları yanğınsöndürmə balonlarının köməyilə uşaqdan aralayıblar.

Hazırda uşağın vəziyyəti sabitdir.

Ştat rəhbərliyi 3 yaşlı uşağın qəfəsə necə düşdüyünü araşdırır. (day.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600