"Uğursuz həyat tərzi yaşayanları qəhrəman kimi təqdim edirlər" – Sosioloqdan TV-lərə SƏRT TƏNQİD

media-hightechnic-468x90

“Biz tamaşaçının arxasınca getməməliyik, tamaşaçını arxamızca aparmalıyıq”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

media-uzeyir-sefiyev-sosioloq

Sosioloq bəzi proqramların reytinq xatirinə ailə dəyərlərini deqradasiyaya uğratdığını və süni münaqişələr vasitəsilə cəmiyyətin mənəvi sütunlarını sarsıtdığını vurğulayaraq, televiziya məkanındakı acınacaqlı vəziyyəti kəskin tənqid edib.

Ü.Şəfiyev Azərbaycan televiziya məkanında bir neçə sosial verilişin kütləvi etirazlardan sonra bağlanması haqqında yayılan xəbərləri şərh edərkən bildirib ki, hər bir proqramın strateji hədəfi olmalıdır:

“Ümumiyyətlə, veriliş açarkən onun məqsədi, strategiyası və hədəfi olmalıdır. Bu strategiya müvafiq qurumlar tərəfindən qiymətləndirilməlidir. Əgər veriliş öz fəaliyyəti ilə cəmiyyətdə mənəvi, əxlaqi dəyərləri deqradasiya edəcək təhlükə yaradırsa, qarşısı dərhal alınmalıdır. Sözügedən proqramların bağlanmasına gəldikdə isə biz dəfələrlə ictimai müzakirələrdə, mətbuatda bununla bağlı narazılıqların şahidi olmuşuq. Əgər bu proqramlar ictimai qınaq nəticəsində bağlanıbsa, bu, təqdirəlayiq haldır. Çünki Azərbaycanın özünəməxsusluğu həm də onun ailə dəyərləri ilə ölçülür. Reytinq toplamaq xatirinə süni ssenarilərlə psixodrama yaradılırsa, bu verilişlərin cəmiyyətə vurduğu fəsadlar mütləq nəzərə alınmalıdır. Şou-biznes nümayəndələrinin bir-birinə qarşı qoyulması, jarqon və vulqar ifadələrin işlədilməsi, uğursuz həyat tərzi olan insanların “qəhrəman” kimi təqdim edilməsi orta statistik ailələrə çox mənfi təsir göstərir. Ən əsası, belə proqramların bu gün bağlanıb, sabah yenidən açılmasının şahidi olmamalıyıq”.

Sosioloq qeyd edib ki, belə proqramların reklam gətirməsi bəhanəsi ilə yayımlanması yanlış strategiyadır:

“Bəzən arqument gətirirlər ki, belə verilişlər olmasa, reklam da olmur. Tamaşaçı tapılmır deyə cəmiyyətin mənəviyyatı məhv olmalıdır? Əxlaqi dəyərlərimizə zidd olan məsələlərə tolerant yanaşa bilmərik. İctimai rəyi televiziyalar formalaşdırmalıdır. Unutmayaq ki, bu gün media ailədən də, məktəbdən də daha güclü təsir imkanına malikdir. Biz televiziyalar vasitəsilə medianın sağlamlığını qorumasaq, gənc nəsil deqradasiyaya uğrayar. Bu, dövlətimiz üçün strateji bir məsələdir kampaniya xarakterli yox, ardıcıl olmalıdır ki, milli özünəməxsusluğumuza ziyan dəyməsin”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05