Ukrayna “Baxmutun açarı” olan kəndi azad etdi

media-hightechnic-468x90

“Baxmut qəsəbəsi yaxınlığındakı Klişivka kəndi düşməndən azad edilib”.

Yenicag.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

“Kəndin azad edilməsində iştirak edən Milli Polisin 80-ci Briqadasına, 5-ci Əlahiddə Hücum Briqadasına, məşhur 95-ci Hücum Briqadaya təşəkkür edirəm. Klişivka azad edildi! Yaşasın Ukrayna!”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Klişivka kəndi mühüm strateji roluna görə “Baxmutun açarı” adlanır. Kənd Baxmutdan cəmi yeddi kilometr cənubda yerləşir.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05