Ukrayna “Drujba” neft kəmərinin təmirini başa çatdırdı
Ukrayna “Drujba” neft kəmərinin Rusiyanın zərbəsi nəticəsində zədələnmiş hissəsində təmir işlərini başa çatdırıb.
Yenicag.azxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, neft kəməri fəaliyyətini bərpa edə bilər.
Xatırladaq ki, bu ilin fevral ayının əvvəlində Kiyev “Drujba” boru kəmərinin zədələnməsini əsas gətirərək tranziti dayandırıb. “Drujba” kəməri ilə neft alan Macarıstan və Slovakiya bu addıma kəskin reaksiya verib./Apa/













