“Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır”

media-hightechnic-468x90

8e2186c01a6450b3da61a65c27a1bb1d“Azərbaycan və Ukrayna dostluğa, əməkdaşlığa, sadəcə, məhkumdur”

“Azərbaycanın torpaqları işğal olunub, amma beynəlxalq təşkilatlar onu işğalçı tərəflə razılıq əldə etməyə, ümumi dil tapmağa çağırırlar”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 22 Yanvar – Birlik Günü münasibətilə keçirilən dəyirmi masada deyib.

“Azərbaycanın bugünkü şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir. Bu məsələdə Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır. Azərbaycana deyirlər ki, təcavüzkarla razılaşmağın yolunu tapın. Təcavüzkarla necə ümumi dil tapmaq olar? Təcavüzkar xoşbəxtdir, o, işğal etdiyi torpaqları qaytarmaq istəmir”, – deyə səfir qeyd edib.

A.Mişşenko əlavə edib ki, iki ölkə daha da yaxınlaşmalı, səylərini birləşdirməlidir: “Biz dostluğa, əməkdaşlığa, sadəcə, məhkumuq, taleyimiz budur”.

Səfir 1919-cu ilin 22 yanvar tarixində Ukrayna Xalq Respublikası və Qərbi-Ukrayna Respublikası arasında Birləşmə Aktının imzalanmasına toxunaraq, bu günün Ukraynanın dövlətçilik tarixində xüsusi yer tutduğunu deyib: “Mən Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edən videoçarxa da baxmışam. Qeyd edim ki, Azərbaycan tarixindəki ADR səhifəsi mənə çox tanış gəldi, bizim xalqların taleyində, milli azadlıq mübarizəsində ortaq məqamlar nəzərə çarpdı”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600