Kiyev Gürcüstana münasibətlərin normallaşdırılması üçün bir neçə tələb irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia öz Telegram kanalında bildirib.
Araxamia Tbilisiyə Kiyevlə münasibətlərin normallaşdırılması üçün 3 tələb irəli sürüb.
Gürcüstan Ukrayna ilə münasibətləri normallaşdırmaq üçün Rusiya ilə uçuşları dayandırmalı və ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini azad etməlidir.
Üçüncü şərt isə sanksiyalardan yayınmaq üçün Moskvaya yardımın dayandırılmasıdır.
Gürcüstanın baş naziri Tbilisi ilə münasibətləri normallaşdırmaq üçün şərtlər qoyan Ukrayna Radasındakı Xalqın qulluqçusu fraksiyasının rəhbəri David Araxamiyanın açıqlamalarını “çox kədərli” adlandırıb.
Eyni zamanda, Gürcüstan hökumətinin başçısı bildirib ki, Tbilisi Ukrayna xalqını dəstəkləyir və həmrəyliyini təkcə sözdə deyil, həm də əməlində ifadə edir.
Xatırladaq ki, martın 11-də Gürcüstan hökuməti rəsmi Kiyevin Tbilisiyə münasibətindən “dərin narahatlıq” ifadə edən bəyanat yayıb.
Bu bəyanat Ukrayna nümayəndə heyətinin tərkibində Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Gürcüstan Ədliyyə Nazirliyi Zurab Adeişvilinin Aİ və Almaniyaya səfəri fonunda verilib.
Tbilisi Adeişvilinin və əvvəllər barəsində Gürcüstanda cinayət işi açılmış Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Georgi Lordkipanidzenin ekstradisiya tələbi ilə Kiyevə müraciət edib.
Xuraman Etibarlı
www.yenicag.az