Ukrayna polisi Lotu Quli kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun bu ölkədəki cinayətkar dairələrə təsirinin artmasından narahatdır.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsinin birinci müavini Vyaçeslav Abroskin “Facebook”dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, 25 illik həbsdən sonra azadlığıa çıxan Nadir Səlifov Türkiyəyə yerləşdikdən sonra ətrafında cinayətkar klan yaratmağa başlayıb və bu mənada Ukraynada da təsirini genişləndirməyə başlayıb.
Polis, Səlifovun MDB ölkələrində yaşıl bazarları ələ keçirməyə çalışdığına diqqət çəkib. Lakin o, ən qatı cinayətkarlardan biri adlandırdığı Lotu Qulinin bu ölkədə nüfuzunun artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəklərini bəyan edib.
www.yenicag.az