Ukraynada daha bir azərbaycanlı öldürüldü

media-hightechnic-468x90

Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.

Yenicag.az-ın məlumatına görə, öldürülən şəxs Azərbaycanın İmişli rayonu sakini, 1979-cü il təvəllüdlü Quliyev Kərimdir.

Bir həftə əvvəl baş verən hadisədə azərbaycanlı aldığı çoxsaylı güllə yarasından hadisə yerində keçinib. Onun meyiti hazırda rayon morqundadır. Meyitin Azərbaycana göndərilməsi ilə bağlı hələ ki, heç bir tədbir görülməyib.

Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra Azərbaycan vətəndaşı güllələnib, 20-dən çox azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Baş verən hadisələrin araşdırılması ilə bağlı heç bir nəticə əldə olunmayıb../Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600