Ukraynada müharibə başlayandan ölən dinc sakinlərin sayı

media-hightechnic-468x90

Ukraynada müharibə başlayandan 8 231 dinc sakin ölüb, 12 734 nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) son hesabatında qeyd olunub.

Hesabatda göstərilib ki, ölənlərin arasında 3 664 nəfər kişi, 2 173 qadın, uşaqlar arasında 260 nəfər oğlan və 203 qız, o cümlədən cinsini təyin etmək mümkün olmayan 31 uşaq və 1900 nəfər böyük var.

Müharibədə xəsarət alanların 3 638 nəfəri kişi, 2471-i qadın, uşaqların 413 nəfəri oğlan və 295 nəfəri qızdır.

Xəsarət alanların arasında cinsi hələlik məlum olmayan 271 uşaq və 6 646 nəfər böyük var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600