Ukrayna Silahlı Qüvvələrinə məxsus tank və digər ağır texnikanın dislokasiya yeri dəyişdirilir.
Yenicag.az yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ATƏT-in xüsusi monitorinq missiyası məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, razılaşmaya uyğun olaraq, əvvəllər Donetsk vilayətində Kiyevin nəzarəti altında olan ərazilərdə yerləşdirilmiş 121 ədəd T-64 tankından cəmi 28-i qalıb.
Eyni zamanda, həmin ərazidə saxlanılan 8 ədəd “Akasiya” və 6 ədəd “Qvozdika” özüyeriyən artilleriya sistemləri də oradan çıxarılıb.
Müstəqil eksöertlər bu qədər hərbi texnika və ağır silahların yerinin dəyişdirilməsini Ukraynanın Donbasda müharibəyə başlamaq hazırlığı kimi qiymətləndiriblər.
www.yenicag.az